Azərbaycanda və Türkiyədə kifayət qədər tamaşaçı toplayan serial ekranlarla vidalaşır.

“Ölkə.Az” xəbər verir ki, baş rol ifaçıları Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün oynadığı “Cesur ve Güzel” serialı tamaşaçılara pis xəbər verib. Serial 22 iyun tarixində ekranlarla vidalaşacaq.

Cesur və Sühanın eşq hekayəsinin xoşbəxt sonluqla bitib-bitməyəcəyini 22 iyun tarixində yayımlanacaq son bölümdə biləcəyik. Aktyorlar çəkiliş qrupuna təşəkkür ediblər.

Tatlıtuğ bildirib ki, Cesur rolu onun karyerasında yeni bir səhifə olub. Tuba isə roluna ciddi hazırlaşdığını bildirib.