Bu gün səhər saatlarında Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK düşərgələrinə zərbə endirib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Şimali İraqda Avaşin Basyan bölgəsində Türkiyədə terror aktları törətməyə hazırlaşan 13 terrorçu öldürülüb, terror təşkilatına məxsus 7 hədəf məhv edilib.