Alman ictimai araşdırma mütəxəssisi Horst Opaschowski’nin etdiyi araşdırmaya görə, alman xalqının çoxu həyatından məmnun olsa da, gələcək üçün narahatdırlar. AzEuroNews.com-un məlumatına görə, minlərlə alman arasında keçirilən sorğu zamanı məlum olub ki, onlar hazırkı vəziyyətlərindən narazı deyillər. Onlar bildiriblər ki, iqtisadi və sosial baxımdan hər hansı bir sıxıntıları yoxdur. İşləyib yaxşı məvacib alırlar.

Soğruda iştirak edənlər əsasən gələcəklərinən narahat olduqlarını ifadə ediblər. Qorxuların başında isə, haqq və azadlıqların, sülh, əmin-amanlıq və birlikdə yaşamağın getdikcə çətin olacağı gəlir.