“Fitch” Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb.

Məlumata görə, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2016 və 2017-ci illərdə Azərbaycanda inflyasiya üzrə proqnozu müvafiq olaraq 14-dən 11,5-ə və 7-dən 6 faizədək yaxşılaşdırıb.

Agentliyin hesabatına əsasən, 2018-ci ildə ölkədə inflyasiya 3 faiz səviyyəsində gözlənilir.

“Fitch”, həmçinin 2017-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 1,5 faiz səviyyəsində saxlayıb və proqnozu cari ildə 3,3-dən 3 faizədək yaxşılaşdırıb.

Agentlik 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımının 3 faiz olacağını proqnozlaşdırır.