Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb, 109 nəfərdən isə hələ də xəbər yoxdur.

Trend “Ria Novosti”yə istinadən xəbər verir ki, təbii fəlakətdən 550 mindən artıq insan zərər görüb.

Hökumət yardım üçün Cənubi Asiya ölkələri və BMT-yə müraciət edib.