Panamanın sabiq diktatoru Manuel Noryeqa 83 yaşında dünyasını dəyişib.

Trend-in məlumatına görə, bundan əvvəl keçmiş lider başından bir neçə əməliyyat keçirmiş və süni komaya salınmışdı.

M.Noryeqa 1983-1989-cu illərdə – ABŞ-ın hərbi müdaxiləsinə qədər Panamaya rəhbərlik edib. O, müxalifət tərəfdarlarının kütləvi qətlində ittiham olunurdu.