Rusiyanın Saratov vilayətində “An-26” tipli təyyarə Balaşov hava limanına eniş edərkən qəzaya uğrayıb.

AzVision.az TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində bir rus hərbçisi ölüb, beş nəfər yaralanıb. Yaralılar dərhal helikopterlərlə xəstəxanaya aparılıb.

Hazırda faktla bağlı araşdırmalar aparılır.