“Kanal D”nin məşhur serialı “Adı Əfsanə”nin heyətinə daha bir məşhur qatılacaq.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, gələcək seriyalarda 17 yaşlı müğənni Aleyna Tilki də rol alacaq. İfaçının artıq bu təklifi müsbət qarşıladığı deyilir.

Bundan başqa, Erdal Beşikçioğlu, Gökçe Bahadır və Rojda Demirerin serialdan ayrılacağı iddia olunur. Deyilənlərə görə, “Adı Əfsanə” bundan sonra gənc heyətlə davam edəcək.

Tilki isə qərarını növbəti günlərdə bildirəcək.