“Android” əməliyyat sisteminin yaradıcısı olan Endi Rubin tərəfindən təsis edilmiş “Essental” şirkəti özünün ilk smartfonunu buraxıb.

İKT.lent.az-ın xəbərinə görə, “Essential Phone” çərçivəsiz displey, titan korpus və keramik qapaqla təchiz olunub. Cihaz 5,7 ekran ölçülüdür və “Qualcomm Snapdragon 835” prosessoruna malikdir. Operativ yaddaş 4 GB, daxili yaddaş 128 GB-dir. Əsas kamera ikilidir və 13 meqapikseldir. Frontal kamera isə 8 meqapikseldir. Qulaqcıqlar üçün yer qoyulmayıb.

Smartfona əlavə opsiya – 360 dərəcəli kamera da quraşdırmaq mümkündür.

Cihazın qiyməti 699 dollardır, kameranı isə 50 dollara əldə etmək olar.