Çağatay Ulusoy və Aras Bulut İynemlinin baş rollarda çəkildiyi “İçerde”nin final tarixi dəqiqləşib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu haqda ekran işinin rəsmi İnstaqram profilində bildirilib:

“Böyük final iyunun 19-da Lütfi Kırdar Konqres Mərkəzində”.

Serialın finalı türk televiziyasında bir yenilik olacaq. Belə ki, ekran işi “Minik Kalpler İçerde” sosial layihəsi ilə bitəcək. Xüsusi final gecəsinə bilet alanlar serialın son seriyasını aktyorlarla birgə izləyəcək və eyni zamanda sosial layihəyə yardım etmiş olacaqlar.