“Lukoyl”un rəhbəri və əsas səhmdarı olan Vahid Ələkbərovun 27 yaşlı oğlu Yusif Ələkbərov “Vestern Petroleum Transporteyşn” dəmiryolu operatorunu alır.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu şirkət uzun zamandır ki, “Lukoyl”un törəmə müəssisələri ilə əməkdaşlıq edir.

2003-cü ildən bazarda olan şirkətin hazırda 400 dəmiryolu sisterni var və onların hamısı “Lukoyl”un törəmə şirkətləri tərəfindən icarədədir.