Türkiyənin Şırnak vilayətində hərbi helikopter qəzaya uğrayıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Cougar” markalı helikopter Şenoba bölgəsində havaya qalxdıqdan 3 dəqiqə sonra yüksək gərginlikli elektrik xəttinə dəyərək yerə düşüb.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Qəza nəticəsində ölən və yaralıların olması haqda rəsmi açıqlama verilməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.