Braziliyanın “Fiqeyrense” klubunun qapıçısı Fabio Qosalves “Boa”ya qarşı oyunda buraxdığı iki qola görə kədərlənib və fasilədə taksiyə minərək stadionu tərk edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Globo Esporte” nəşri yazıb.
Qonsalves komandadakı debüt oyununda çıxışda səhvə yol verərək kuryoz qol buraxıb. O, rəqib futbolçunun meydanın mərkəzindən vurduğu topu tuta bilməyib və matçda hesab açılıb. Qapıçı daha bir qolu isə penaltidən buraxıb.
Nəşr yazır ki, futbolçu fasilə zamanı taksiyə minərək şəxsi işlərinin dalınca gedib və bir daha kluba geri qayıtmayıb. Bundan sonra komanda rəhbərliyi 38 yaşlı qolkiperlə müqaviləni pozmaq qərarına gəlib.
Matç 2:0 hesabı ilə “Boa” klubunun xeyrinə başa çatıb.