Səudiyyə Ərəbistanının şərqində yerləşən Əl Katif şəhərinin mərkəzi küçələrindən birində güclü partlayış baş verib, ölən və yaralananlar barədə hələlik məlumat verilmir. APA-nın “Al-Arabiya”ya istinadən verdiyi xəbərə görə, güclü partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb.  Partlayış nəticəsində avtomobil bir necə hissəyə bölünüb. Hadisə yerinə polis və həkimlər cəlb olunub