Məlum olub ki, qədim misirlililər Afrikadan gəlmə deyillər.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, Maks Pank institunun və Tyubingen universitetinin alman alimləri 3,500-1,500 illik 90 mumiyanın genlərini təqribən bərpa ediblər.

Mumiyalar təhlil etdikdən sonra, alimlər belə nəticəyə gəliblər ki, qədim misirlililər düşünülənlərin əksinə Afrikadan gəlmə deyillər.

Onlar arasında türklərin olduğu və hazırda İsrail, İordaniya, Suriya, Liviya, Gürcüstan və Abxaziyanın ərazilərindən gəlmə cənubi avropalılardan ibarət olduğu məlum olub.

Bənzər araşdırmanı Zürixdə yerləşən, İGENEA adlanan genoloji mərkəzin bioloqları aparıblar. Onlar Tutanhamonun DNT-ni araşdırıblar və avropalı kişilərin 60-70% “tutanhamon”olduğunu aşkar ediblər.

İsveçrəlilərin və almanların genetik araşdırmaları sübut edir ki, müasir misirlilər və qədim Misir hökmdarları arasında heç bir oxşarlıq yoxdu.

Alimlər avropalıların və qədim Misir hökmdarlarının əcdadının 9,500 il əvvəl Qafqazda yaşadığını düşündüklərini bildiriblər. 7,000 il əvvəl isə onlar Avropada yerləşiblər və onların bəziləri, hətta gedib Misirdə firon olublar.

wx1080 (1) wx1080 (2) wx1080 (3) wx1080