Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin  əməkdaşlarının Astara rayonu ərazisində həyata keçirdikləri əməliyyat nəticəsində Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Fərziyev saxlanılıb. AzEuroNews.com-un məlumatına görə,          araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs İran İslam Respublikasından ölkəmizə daxili orqanlarında gizlədərək 10 qram heroin və güclü psixotrop təsirə malik olan 5 ədəd metadon həbi keçirib. Elşən Fərziyevdən qeyd edilən narkotik vasitələr aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Elşən Fərziyevə İrandan ölkəmizə narkotik vasitəni daxili orqanlarında 230 manat qarşılığında keçirməyi sifariş edən Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş Tural Ağazadə də saxlanılıb.

75b84fea-f782-423f-a654-d9597ce76a56 78b8c0b4-8b3b-49b5-a26d-dcdb3241352d