“Britaniyanın istedadı” verilişində hər kəsin gözü istedadlı iştirakçıların əvəzinə, 46 yaşlı aparıcı və müsabiqənin münsif heyətindən olan Amanda Oldenin açıq libasında idi.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, geyimlə bağlı 216 şikayətin gəldiyi xəbərini təsdiqləyən yayıma nəzarət qurumu, hadisəni araşdırmaq haqqında hələ heç bir qərar qəbul etmədiklərini bildiriblər.

Verilişin izləyicilərinin də ciddi narazılığına səbəb olan münsifin açıq libası, müxtəlif fikirlərə və mövzulara səbəb olub. Bəziləri aparıcının donu tərsinə geyindiyini belə düşünüblər.