Almaniya Federal Məclisi (Bundestaq) dövlət başçılarının təhqir edilməsinə görə mövcud qanunu ləğv edib. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, qərar Bundestaqın bugünki iclasında verilib.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl bu qanun böyük qalmaqala səbəb olmuşdu. Belə ki, əvvəlki qanun tətbiqi alman gülüş ustası Jan Böhmermannın ictimai kanal “ZDF”dəki proqramında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan söyüşlü şeiri olmuşdu.  Qanunun 103-cü maddəsinə istinadən prokurorların istintaq başlatması üçün hökumətin təsdiqi lazım idi.

Türkiyə Almaniyadan Böhmermannın 103-cü maddə daxilində mühakimə olunması üçün icazə verməsini istəmiş, mövzu Almaniyada böyük müzakirələrə səbəb olmuşdu. İstintaq icazəsi verən Merkel, qanunun 1 yanvar 2018-ci ildə qüvvədən qaldırılacağını açıqlamışdı.