Ulduz futbolçu Arda Turan 2016-cı ilin oktyabrında ayrıldığı eks-sevgilisi Aslıhan Doğanla barışıb.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, cütlük barışdıqdan sonra ilk dəfə İstanbuldakı restoranlardan birində görüntülənib. Onlar yaxın dostları ilə iftar süfrəsində bir araya gəliblər.