Hər il keçirilən “Viktoria Secret” şousu, dəb dünyasının ən nüfuzlu tədbirlərindən biri hesab edilir. Modellər üçün bu şouda iştirak etmək, valehedici mələk qanadlarını taxmaq çox mühüm bir hadisədir.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, ötən il şouda iştirak etmiş 51 modeldən, yalnız 14-ü “Victoria’s  Secret Angels” marka səfirləri seçiliblər və bütün ili dünyada şirkəti reklam edəcəklər.

Şouda iştirak edən modellər yalnız nüfuz yox, həmdə xeyli pul qazanırlar. Belə ki, bu modellərdən 9-u Forbes jurnalının ən çox qazanan modellər siyahısında yer alıblar.

Bunlardan Teylor Hill, Jasmin Tuk, Lili Olric və Coan Smols 4 milyon dollarlıq gəlirləri ilə siyahıda 9-cu, 8-ci, 7-ci və 6-cı yerləri tutublar.

Lily Allridge 1

lily-aldridge-azeuro-1

36 yaşlı, artıq şounun əməkdar modellərindən biri olan Alessandra Ambrosio isə 5 milyon dollarla siyahıda 5-ci yeri tutub.

alessandra-ambrosio-azeuro05

Son günlərin ən məşhur modellərindən olan, 21 yaşlı  Cici Hadid isə 9 milyon dollarlıq gəliri ilə siyahıda ilk üçlüyə düşə bilib.

gigihadid-azeuro-1

Ən çox qazanan Victoria Secret mələkləri siyahısında 2-ci yeri tutan, 20 yaşlı Kendal Cener 10 milyon dollarlıq gəliri ilə dünyanın ən çox qazanan 3-cü modelidir.

kendal-cener-azeuro-1

İlk sırada isə 1999-cu ildən şounun mələyi olan, 35 yaşlı Adriana Limadır. Limanın şoudan əldə etdiyi gəlir isə 10,5 milyon dollardır.

adrianalima-azeuro01