yangin

Bu gün səhər İsveçin Syoderhamn şəhərində yerləşən qaçqın yataqxanası tamamilə yanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli TT agentliyi məlumat yayıb.

Polisə məlumat Bakı vaxtı ilə 06.00-da daxil olub. Hadisə baş verən zaman binada 60-70 nəfər adam olub. Onların heç biri zərər çəkməyib.

Yanğının səbəbləri hələ ki, məlum deyil. Polisin fərziyyəsinə görə, bu, qəsdən törədilib.