Azərbaycanlı, əslən Bakıdan olan Ənvər adlı şəxs Suriyada öldürülüb. AzEuroNews.com axar.az-a istinadən xəbər verir ki,  o, Türkmən Dağı bölgəsində Əsəd rejimi əsgərləri ilə döyüşdə öldürülüb.

Məlumata görə, adı Ənvər olan azərbaycanlı Suriya müxaliflərinin tərkibində döyüşürmüş. O, Əsəd rejimi əsgərlərinin Türkmən Dağına hücumu zamanı öldürülüb.