BMT Baş katibi Antonio Quterreş beynəlxalq birliyi qeyri-insani taktikalar seçən terrorçulara qarşı birləşməyə çağırıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, London teraktı ilə bağlı danışan Antonio Quterreş terrorda əli olan hər kəsin qanun qarşısında cavab verməli olduğunu bildirib.

BMT Baş katibi İngiltərə ilə həmrəy olduğunu bildirib.