Hollandiya ölkədəki bir neçə həbsxananı bağlayır. Modern.az “İndependent” nəşrinə istinadən xəbər verir ki, hökumətin həbsxanaları bağlamasına səbəb məhbusların sayının getdikcə azalmasıdır. Eyni səbəblə 2013-cü ildə 13 həbsxana bağlayan hökumət bu ilin avqustuna qədər daha beş həbsxananı bağlamağa qərar verib.

Həbsxanaların bağlanması səbəbindən iş yerini itirən 2000 nəfərdən 700-ü başqa yerdə işlə təmin olunacaq.