Bakıda intihar hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə,Sabunçu rayonu Maştağa qəsəbəsində 50 yaşlı Cabbarov Lütfəli Ağəli oğlu sol qolunu ülgüclə kəsərək canına qəsd edib. Çoxlu qan itirən yaralı dünyasını dəyişib.

Əldə etdiyimiz məlimata görə Lütfəli Cabbarov xeyli borcunun olması səbəbindən canına qıyıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125- özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.