Dünya Su Konqresi 2021-ci ildə Bakıda keçiriləcək. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramında çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Q.Hüseynov bu qərarın Meksikanın Kamkun şəhərində Dünya Su Forumunun hazırlıq iclasında qəbul olunduğunu deyib.