ABŞ prezidentinin səs-küylü Paris sazişindən geri çəkilmək qərarına olan etirazlar davam edir.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, Lari Matovina adlı bir qadın Tvitter hesabı üzərindən Donald Trampın Paris sazişinə qayıtması üçün neçə cavabın lazım olduğunu soruşub və saxta Donald Tramp hesabından “18 milyon” tvitin lazım olduğu cavabı gəlib.

Artıq yazıya 300,000 tvit gəlib və sosial şəbəkə istifadəçiləri bu yazının Trampın qərarını dəyişəcəyinə ümid edirlər.

Qeyd edək ki, Paris sazişi ötən il demək olar ki, bütün dünya ölkələri tərəfindən iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün yaradılıb.

Sazişdə yer almayan yeganə 3 ölkə Nikaraqua, Suriya və ABŞdır.