ABŞ-a viza almaq üçün son 5 ildə sosial şəbəkələrdəki informasiyaların linklərini və son 15 ildəki tərcümeyi-halı təqdim etmək lazım gələcək.

İKT.lent.az-ın “Reuters”ə istinadən xəbərinə görə, prezident Donald Trampın administrasiyasının təsdiq etdiyi yeni qaydalar bunu nəzərdə tutur.

Tənqidçilərin fikrincə, bu qaydalar viza istəklərinin işlənməsi zamanı gecikmələrə səbəb olacaq, nəticədə ABŞ-a əcnəbi tələbə və alimlərin cəlb edilməsinə mane olacaq. Çünki ABŞ-a viza almaq proseduru onsuz da mürəkkəb idi.

Yeni qaydalara uyğun olaraq konsulluq əməkdaşları pasportların əvvəlki nömrələrini, son 5 ildəki sosial şəbəkə akkauntlarını, elektron pomt ünvanlarını və telefon nömrələrini, eləcə də son 15 ildəki tərcümeyi-halı – yaşayış-iş yerlərini və səyahət marşrutlarını soruşa bilər.