Neft və neft məhsullarının dünya enerji balansındakı payı 15 il sonra 28,1 faiz təşkil edəcək. 90 ildən sonra bu göstərici 2,1 faizədək azalacaq.

Trend-in məlumatına görə, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, qaz enerji balansındakı payı 15 ildən sonra 27,5 faiz, 90 ildən sonra isə 21,2 faiz təşkil edəcək.

Tədqiqatlara əsasən, bərpa olunan enerji sahəsində böyük artım qeydə alınacaq. Günəş enerjisinin payı növbəti 90 il ərzində 25,5 faizə, külək enerjisinin payı 12,8 faizə çatacaq.

15 il sonra yanacaq-energetika ehtiyatlarının ən böyük təchizatçıları 24 faizlə ABŞ, 21 faizlə Rusiya, 16 faizlə Çin və 15 faizlə Yaxın Şərq ölkələri olacaq. 90 il sonra isə Çin bu sahədə birinci yerə çıxacaq.