Axşam.az xarici KİV-ə istinadən əriyin faydalarını təqdim edir:

Ərik – A, B, C və P vitaminləri, dəmir, maqnezium, kalsium, fosfor, kükürd, mis, xrom və manqan mineralları baxımından da zəngindir.

Bu meyvə immunitet sistemini gücləndirir, qanı artırır, qan dövranına köməkçi olur və sinirləri yatırır, yuxu nizamlanmasına kömək edir. Ərik sümük əriməsinin qarşısını alır. O, təbii lif baxımından zəngin olduğundan qəbizliyə faydalıdır.

Natrium səviyyəsi aşağı, kalium səviyyəsi yüksək olan ərik bədəndə qan təzyiqinin nizamlanmasında, yüksək təzyiqin yoxlanmasında əhəmiyyətli təsirə malikdir.

Ərik suyu və ya ərik mürəbbəsi xüsusilə disertdə və axşam yeməklərində daha faydalı olur. Ərik həzm problemlərinə yaxşı təsir edir, stresi və qansızlığın qarşısını alır.

Ərik çəyirdəyi yağı xüsusilə yaşlılarda əmələ gələn qırışları azaldır. Gündə 7 ədəd ərik çəyirdəyi yemək məsləhətdir. Ərik çəyirdəyinin 100 qramında 113 mq maqnezium, 37 mq kalsium, 5 mq kalium, 3 mq sink, 2 mq dəmir, 2 mq natrium, 4 mq B3 (niasin), 2 mq C vitamini, 0.3 mq B1 (tiyamin) vitamini və 0.2 mq B2 (riboflavin) vitamini var.