Toyuq yumurtasının faydalı olması haqqında müxtəlif fikirlər olub.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, əsasən bu məhsulun ziyanlı tərəfləri vurğulanırdı. Lakin indi son araşdırmaların nəticəsində sübut olunub ki, yumurta insan orqanizmi üçün çox faydalıdır və gündə 2-3 ədəd yumurta yemək lazımdır.

Kolin maddəsi sizin beyninizi qoruyur

beyin-azeuro-1

Beyin hüceyrələrinin normal əlaqəsini təmin edən fosfolipidlərin tərkibində kolin vitamini var. Beynimizin əsas tərkibinin bu vitamindən ibarət olduğu kliniki olaraq sübut olunub. Gündə iki ədəd yumurta yeyəndə orqanizm kifayət qədər bu qidalandırıcı maddədən qəbul edə bilir. Kolin çatışmazlığı yaddaş zəifliyinə gətirib çıxardır.

Lyutein görmə qabiliyyətini qoruyur

goz-azeuro-2

Yeni tədqiqatların nəticəsində toyuq yumurtasının tərkibində yüksək miqdarda lütein olduğu məlum olub. Bu maddə iti və aydın görməni təmin edir. Lütein çatışmazlığı göz toxumalarını məhv edir və görmə qabiliyyəti pisləşir.

Vitamin D kalsinin həzm edilməsinə kömək edir

vitamin-d-aeuro-1

Əgər insana balıq yağı içmək və ya bişmiş yumurta yemək təklif olunsa, əlbəttə ki, əksəriyyət yumurtanı seçər. Hələ bilsələr ki, vitamin D hər ikisinin tərkibində eyni miqdardadır. Alimlər toyuqlara xüsusi yem verərək yumurtada olan vitaminin miqdarının artırıla biləcəyini kəşf ediblər, heç kəs yumurtaya yox deməz. Vitamin D kalsinin orqanizm tərəfindən həzm edilməsinə kömək edir və insanın sümüklərini və dişlərini bərkidir.

Vitamin B kompleksi dərini, saçları və qaraciyəri qoruyur

qaraciyer-azeuro-4Biotin, vitamin B12 və zülal saçın və dərinin bərkidilməsinə yol açır. Yumurtanın tərkibində olan fosfolipidlər qaraciyərdən zərərli maddələrin çıxarılmasını təmin edir.

Ürək-damar xəstəlikləri təhlükəsini azaldır.

urek-damar-azeuro05

Əvvəlki fikirlərin əksinə, yumurtada olan xolesterin fosfatidlərlə tənzimlənib və insan orqanizminə ziyan deyil. Bu orqanizmin xolesterin emal etməsinə mane olur. Həmçinin yumurtanın tərkibində olan Omeqa3 turşuları, triqlicerid miqdarını orqanizmdə azaldır və buda ürək-damar xəstəliyi riskini azaldır.

Siz tədricən arıqlayırsınız

ariqliq-azeuro-1

Amerikalı alimlər belə qənaətə gəliblər ki, azkaloriyalı pəhrizlərdə, səhər yeməyində 2 yumurta istifadə etmək arıqlamanı 2 dəfə sürətləndirir. Bu cür səhər yeməyi, insanı uzun müddət tox saxlayır və gün ərzində yemək istifadəsini azaldır.

Onkoloji xəstəliklərin riski azalır

qiz-azeuro-6

Beyinə vacib olan kolin vitamini onkoloji xəstəliklərə tutulma ehtimalını azaldır. Araşdırmalar nəticəsində yeniyetmə dövründə yumurta çox yeyən qadınların süd vəzi xərçənginə tutulma riski 18% azalıb.

Övlad sahibi olmaq istiyənlərə faydalıdır

ovlad-azeuro-7

B qrupundan olan vitaminlər cinsi hormonların formalaşmasında iştirak edirlər.

Vitamin B9-un digər bir adı fol turşusudu. Onun köməyi ilə qan hissəcikləri yaranır və dölün əqli inkişafdan geri qalmasına mane olur. Bu səbəbdən B9 hamilə qalmağı planlaşdıran qadınlar üçün vacibdir. Bir yumurtanın tərkibində 7mkq vitamin var.

Qocalma prosesini zəiflədir

qocalma-azeuro-1

Holland alimlərinin apardıqları araşdırma nəticəsində məlum olub ki, 35-40 yaş arası 87% qadında piqment ləkələri itib, dəriləri dartılıb, kişilərdə isə göz ətrafı qırışlar hamarlaşıb.