ABŞ koalisiyasının Suriyanın At Tanfa rayonuna endirdiyi aviazərbə nəticəsində iki suriyalı hərbçi həlak olub, daha 15 nəfər isə yaralanıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə hadisə yerindən məlumatlı mənbə bildirib.

Qeyd edək ki, ötən gün ABŞ-ın rəhbərlik etdiyi koalisiya At Tanfa rayonunda hökumətyönümlü qüvvələrə yenidən aviazərbə endirib.

Bundan əvvəl hökumət qüvvələrinə analoji zərbə mayın 18-də endirilmişdi.