Goranboy şəhərinin mərkəzi küçələrinin baxımsız vəziyyətdə olması ilə bağlı rayon sakinləri tərəfindən görüntülər göndərilib.

Görüntülərdən məlum olur ki, Gəncə istiqamətindən Goranboy şəhərinə olan girişdə yerləşən və Heydər Əliyevin böyük portreti vurulan küçədə hasarlar sökülüb, yol isə yararsız vəziyyətdədir.

Bununla belə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Heydər Əliyevin portreti olan küçəni təmir etdirmək əvəzinə hazırda həmin küçəyə yaxın olan ərazidə tikdirdiyi dəbdəbəli villasını təmir etdirir. Rayon sakinlərinin sözlərinə görə, icra başçısının villasında qızğın təmir işləri gedir. Mərhum prezident Heydər Əliyevin portreti olan küçə isə nədənsə başçının yadına düşmür.

Villanın görüntülərini təqdim edirik: