Yalnız bir ay sonra Monakoda, dünyanın ən qəliz saat modeli olan Patek Filip 5208P-ni hərracda ala bilərsiniz. Saatın qiyməti 1 milyon dollardır və onun əvvəlki sahibi Vladimir Vladimirovic Putindir. Yayım qurumu saatın prezidentə məxsus olması haqda heç bir sübut tapa bilməyib.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, yalnız rus liderin həyatının digər gizli məqamları, Putini 3 il izləyən jurnalist Ben Cudun qələmə aldığı “Həssas imperatorluq: Rusiya Vladimir Putini necə sevdi və soyudu?” kitabından öyrənmək olar.

Putin səhər yuxudan gec, günortaya yaxın oyanır. Səhər yeməyinə omlet və ya bir boşqab sıyıq, qəlyənaltıda bildirçin yumurtası, həmçinin meyvə şirəsi daxildir. Newsweek xəbər verir ki, məhsullar Rusiyanın dini lideri, patriarx Kirilin fermasından gəlir.

putin-seher-azeuro-1

Səhər yeməyindən sonra prezident bir fincan qəhvə içir.

putin-azeuro-2

Sonra məşq etmək vaxtı gəlir. Putin iki saatını hovuzda keçirdir. Cudanın fikrincə, o, Rusiya haqda ən çox bu zaman düşünür.

putin-uzguculuk-azeuro01

Hovuzdan sonra o, idman zalına gedir məşq etməyə.

putin-idman-azeuro-3

64 il ərzində prezident cəsur və atletik görünüşünü qoruyub saxlaya bilib. 2015-ci ildə prezidentin baş nazir Dmitri Medvedev ilə birgə məşq edərkən şəkilləri çəkilmişdi. Həmin vaxt prezidentin idman geyimi 3200 dollar məbləğində qiymətləndirilib.

idman-putin

Müəllif yazır ki, Putin geyim barədə mühafizəkardır və yalnız sifariş verdiyi geyimlərə üstünlük verir. Qalstuklarını isə “Valentino”-dan alır.

putin-zontik-azeuro-2

Rus qəzetinə məxsus olan “Russia beyond the headlines” saytında, Putinin ən sevimli brendlərinin Kiton və Brioni olduğu qeyd edilib.

putin-vladimir-azeuro01

Rus prezidenti nadir hallarda gün yarısından sonra işləməyə başlayır.

putin-azeuro05

Əvvəlcə Putin məlumatlar olan qeydlərə baxır, sonra isə ölkə və xaricdə baş verən hadisələr haqda məruzələri dinləyir, Rusiya və əcnəbi mətbuatdan olan xəbərləri oxuyur. Newsweek-in verdiyi xəbərə əsasən, Rusiya prezidenti çox oxumağı sevən deyil, 2006-cı ildə o, yalnız bir kitab oxuyub.

putin-azeuro-8

Arada bir Putinə onun və hökümətin gülüş hədəfinə çevrildiyi satirik çarxları göstərirlər. Digər hallarda prezident kompüterdən istifadə etməyi xoşlamır, o, kağızlarla dolu qırmızı qovluqlara və köhnə model telefonlara daha çox üstünlük verir.

Rusiyanın prezidenti gecəyədək işləməyi xoşlayır. Onun beyni gecələr daha yaxşı işləyir.

Xaricə səfərləri zamanı Putinin cədvəli daha sıx olur. Getdiyi yerdən asılı olmayaraq, ordakı bütün əşyalar mütləq şəkildə dəyişdirilir. Bundan əlavə, Putin müvafiq yoxlamadan keçməmiş heç bir şəxsin hazırladığı yeməyi yemir.

vladimir-azeuro-10

Telegraph rus liderin ən sevdiyi yeməyin –püstədən hazırlanmış dondurma olduğunu yazıb. Məlumdur ki, prezident ötən il keçirilən G20 sammitində çinli həmkarına böyük bir qutu dondurma hədiyyə etmişdir. Lakin məqalədə qeyd olunub ki, Putin xaricə səfərləri zamanı südlü məhsullardan istifadə etmir.

putin-azeuro-21

Məlumatlara əsasən, Putin yalnız rəsmi qəbullarda spirtli içkidən istifadə edir. Politico yazır ki, prezident bunu siyasi səbəblərə görə belə edir. Bununla o, ondan əvvəlki prezident Elcindən fərqləndiyini və Rusiyada olan spirtli içki aludəçiliyi problemi ilə mübarizə apardığını demək istəyir.

putin-vladimir-azeuro-5

Bazar günü prezidentin cədvəli elə hazırlanır ki, ingilis dili ilə məşğul olmaq üçün əlavə vaxt qalsın. Bazar günləri bəzən Putin kilsəyə gedir və dua edir. Ancaq prezidentə yaxın olan rəsmi çevrələr, onun ciddi pravoslav həyat tərzi yaşamadığını qeyd ediblər.

putin-azeuro23

Bir neçə həftədən bir, Rusiyanın prezidenti ən sevimli məşğuliyyəti olan buz üstü xokkey üçün vaxt ayırır.  Putin oyunu kənardan izləməklə kifayətlənmir və özü cangüdənlərindən ibarət olan komanda ilə oynayır.

putin-idman-azeuro-1

USA Today-in verdiyi xəbərə əsasən, oyun zamanı rəqiblər və prezidentin komanda yoldaşları müəyyən bir məsafə saxlayırlar.

Putin heyvanları sevir. Onun 15 illik labrador cinsi, qara Konni adlı iti var. Bundan başqa akita-inu Yume və qaraqaçan iti Baffidə var.

putin-it-azeuro-1

2016-cı ildə Yumenin prezidentə sual vermək istəyən yapon jurnalistlərə hürməsi, az qala siyasi insidentə səbəb olmuşdu.

putin-azeuro-3

Newsweek xəbər verir ki, Putin evinə yaxın olmağı xoşlayır və 25 dəqiqəlik uzaqda olan Moskvaya getmək ona dəhşətli gəlir. Prezident Novo-Oqarevoda olan evini Kremldə yaşamaqdan üstün tutur.

putin-azeuro04