İyunun 17-dən etibarən Bakı-Trabzon-Bakı aviareysi ilə təyyarə uçuşları başlayacaq.

“Report” türk mediasına istinadən xəbər verir ki, uçuşları Türkiyənin “Onur Air” şirkəti həyata keçirəcək.

Trabzondan Bakıya uçuş yerli vaxtla saat 01:00-da, Bakıdan Trabzona uçuş isə isə yerli vaxtla saat 04:00-da reallaşacaq.

Türkiyə turizm şirkətlərindən birinin rəsmisi Kadir Baydur deyib ki, Bakı Rusiya və digər türk dövlətlərinə uçuşlar üçün tranzit baxımından sərfəlidir : “Türkiyənin şərqindəki ölkələr daxil olmaqla Bakı vasitəsi ilə 38 şəhərə uçuşlar həyata keçirmək imkanı var”.