ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosuna (FTB) yeni rəhbər təyin edib.

“Report” xəbər verir ki, bu barədə D.Trump “Twitter” səhifəsində paylaşma edib.

“Mən yeni FBI direktoru Kristofer Reyi, mükəmməl peşəkar şəxsi FTB-nin yeni rəhbəri təyin edəcəyəm”, – o yazıb.

Qeyd edək ki, D.Tramp mayın 10-da Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini istefaya göndərib.

Kristofer Eşli Reyin 50 yaşı var. O, Yel Universitetinin hüquq fakültəsinin məzunudur. 2001-ci ildə baş prokurorun müavini olub. 2005-ci ildə isə prezident Corc Buş tərəfindən Cinayət Məhkəməsində baş prokurorun köməkçisi təyin edilib.