UEFA 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşması və UEFA Superkuboku uğrunda oyun üçün namizədliyini irəli sürmüş və tələb olunan vaxta – iyunun 6-dək sifariş kitabını təqdim etmiş milli assosiasiyaların siyahısını açıqlayıb.

Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.

Xatırladaq ki, AFFA 2019-cu ildə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununu keçirilməsi üçün Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürüb.

Hər iki matç üçün sifariş kitabını təqdim etmiş assosiasiyalar aşağıdakılardır:

UEFA Çempionlar Liqası

Azərbaycan – Bakı Olimpiya Stadionu
İspaniya – Madrid, “Metropolitano” stadionu

UEFA Avropa Liqası

Azərbaycan – Bakı Olimpiya Stadionu
İspaniya – Sevilya, “Ramon Sançes-Pisxuan”
Türkiyə – İstanbul, “Beşiktaş Arena”

Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.