Əməkdar artist Abbas Bağırov ikinci solo konsertini verəcək.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan müğənni budəfəki konsertini fərqli məkanda etmək istədiyini deyib:

“2014-cü ildəki konsertimin o qədər gözəl təəssüratları oldu ki, təzə konsert üçün yeni proqram fikirləşməlisən. Ya bu ilin sonuna kimi, ya da növbəti ilin əvvəlində konsertim olacaq. Bu dəfə “Yaşıl Teatr”ı düşünmürük. Çünki artıq orada edə biləcəyimizi etmişik. Yəqin ki, başqa məkanda olacaq. Birinci konsertim idi, çatışmayan çox şeylər oldu. Təcrübəm az idi”.