1 aydır Türkiyədə saxlanılan “National Geographic”in fotoqrafı Matias Depardon Türkiyədən deportasiya ediləcək.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, Brüsseldə NATO zirvəsində Fransa prezidenti Emmanuel Makron Ərdoğandan fotoqrafın məsələsinə baxmağı xahiş etmişdi.

Məlumata görə, Ərdoğanın göstərişi ilə Depardon Türkiyədən deportasiya ediləcək.

Onun bu gün gecə saatlarında Parisdə olacağı bildirilir.

Qeyd edək ki, Matias Depardon mayın 8-də Batman rayonunun Hasankeyf qəsəbəsində saxlanılıb. O, sosial mediada “Terror təşkilatının təbliğatı”nda günahlandırılır.