Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, 30 yaşlı Hüseynova Elnurə Məhəmməd qızı qardaşı tərəfindən Binəqədi qəsəbəsində yerləşən qəbiristanlığa aparılaraq bıçaqlanıb. Qarın və kürək nahiyələrindən 6 bıçaq zərbəsi alan yaralı xəstəxanaya gətirilib. Əldə etdiyimiz məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.