“Fi” serialının əsas qəhrəmanı Serenay Sarıkayanın başına iş gəlib. 

“Qafqazinfo” xəbər verir ki, aktrisa serial çəkilişi zamanı dizini ciddi şəkildə zədələyib.  Onun ayağında hərəkət etməsini asanlaşdırmaq üçün xüsusi aparat qoşulub.

“Serialda yıxılma səhnəmiz var id. Mən də həqiqi olaraq yıxıldım. Ayağım zədələnib, iki həftə bu aparatla məni görəcəksiz” – deyə Sarıkaya bildirib.