Almaniyanın böyük şəhərlərindən olan Kölndə qurulan iftar süfrəsi hər kəsin heyrətinə səbəb olub. AzEuroNews.com-un məlumatına görə, Köldə türklərin sıx yaşaması ilə məşhur olan  və “Kiçik İstanbul” kimi tanınan Keup küçəsində 480 metrlik iftar süfrəsi qurulub.

Almanların da hədsiz marağına səbəb olan iftar süfrəsinə minlərlə insan qatılıb. İftar süfrəsindəki təamlar isə Kölndə fəaliyyət göstərən türk restoranları tərəfindən pulsuz olaraq təqdim edilib.