İnsanlar üçün yay fəslinin əsas problemlərindən biri də isti havalarda ərzaq məhsullarının saxlanılmasıdır. Bir çoxları elə düşünür ki, havalar istiləşən kimi mətbəxdə olan bütün ərzaqları soyuducuya yerləşdirmək lazımdır və bu problemin həllini qida məhsullarını soyuducuda saxlamaqda görür. Ancaq bu fikirdə olanlar yanılırlar. Çünki elə ərzaq məhsulları var ki, onlar öz keyfiyyətini soyuducuda itirirlər.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.
Zeytun yağı soyuducuda saxlanıldıqda onun dibində ağ çöküntülər əmələ gəlir, qatılaşır və soyuq temperaturda yağın faydalaı keyfiyyətləri azalır. Əgər istifadə etdiyiniz zeytun yağının keyfiyyətli qalmasını və xarab olmamasını istəyirsinizsə onu mətbəxdə sərin bir yerdə saxlamağınız da kifayətdir.
Balı soyuducuda saxlamaq düzgün deyil. Bal aşağı temperaturda kristallaşmaqla yanaşı bir çox keyfiyyətlərini də itirir. Digər bir tərəfdən bal soyuducuda saxlanıldıqda onun dadı da dəyişir.
Sarmısaq soyuducuda saxlanıldıqda onun tərkibi dəyişir, cücərir və istifadəsi zamanı faydaları düşündüyümüzdən qat-qat az olur. Sarmısağı xarab olmamaq üçün otaq temperaturunda da saxlamaq yetərlidir.
Şokolad soyuducuda saxlanıldıqda onun üzərində ağ səth yaranır. Uzun müddət aşağı temperaturda qaldıqda həmin ağ səth kifə çevirilir. Belən olan halda isə şokolad həm keyfiyyətini, həm də dadını itirir.
Pomidor istini sevən tərəvəzdir. Sıfır dərəcəyə yaxın temperaturda o dadını dəyişir, tərkibindəki maddələrin bir çoxu öz faydalı xüsusiyyətlərini itirir. Buna görə də pomidoru soyuducuda saxlamaq məsləhət görülmür.
Bananı soyuducuda saxladıqda qabığı daha tez qaralır. Aşağı temperatur bananın tərkibinə təsir etməsə də onu soyuducuda yox, sərin və qaranlıq yerdə saxlamaq daha düzgündür.
Gündəlik istifadə etdiyiniz qəhvənin özünəməxsus dadını hiss etmək istəyirsinizsə onu soyuducuda saxlamayın. Aşağı temperaturda saxlınılan qəhvə öz dadını itirir.
Kartof və soğanı da soyuducuda saxlamaq məsləhət deyil. Soyuducuda olan temperatur bu tərəvəzlərin həm keyfiyyətini, həm də dadını itirir.