Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a daxil olan məlumata görə, bu gün saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

“İşlərin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkətində tam və qismən mədudlaşdırma olacaq. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq. Bunun üçün də “Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmağı və sürət həddinə nəzarət etməyi xahiş edir”, – deyə məlumatda qeyd edilib.