“Real”ın ulduz futbolçusu Krişitanu Ronaldo əkiz övlad atası olub.

“Qafqazinfo” Portuqaliyanın  “SIC Noticias” saytına istinadən xəbər verir ki, surroqat ana süni mayalanma yolu ilə Ronaldonun 2 uşağını dünyaya gətirib. Körpələrə Mateo (oğlan) və Eva (qız) adı verilib. Onlar iyunun 8-də doğulublar.

Qeyd edək ki, ulduz hücumçunun böyük oğlu Ronaldo Juniorun artıq 6 yaşı var. O da 2010-cu ildə surroqat anadan dünyaya gəlib. Ata Ronaldo hazırda ispaniyalı model Corcinya Rodriqezlə münasibətdədir.