Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə Heydər Əliyev meydanında qeydə alınıb. “Daewoo” markalı avtomobillə “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “Mercedes”dəki sərnişin 28 yaşlı Qəbələ rayon sakini Zirinə Habil qızı Əsədova və digər avtomobildəki sərnişin Ülviyyə Talıbova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1f890390-4373-4162-b925-81dc3a431bcc 8ca8be01-a8ac-4ae0-a75c-1d90b0be1db5 ad0a5ff4-af62-4156-9959-c7346e9c9dd0 c0eb5fb2-30d4-4a63-9bb2-b0c2ae82da70 d22e3f54-d7f2-43af-b9aa-7cb3f6d68316