Fox TV-də yeni serial başlayır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Deli Gönül” adlanan ekran işində Çiğdem Batur, Ogün Kaptanoğlu, İştar Gökseven, Mine Tüfekçioğlu və digərləri çəkilib.

Ssenari müəlliflər Rahşan Çiğdem İnan, Barış Pirhasan və Selim Demirdelen, rejissoru isə S.Demirdelen və Berat Özdoğan olan serial iyulun 4-də tamaşaçı qarşısına çıxacaq. “Deli Gönül” Antakyadan İstanbula qədər davam edən, iki müəllimin sevgi hekayəsi haqqındadır.