Kainatda günəşəbənzər ulduzların əksəriyyəti cüt yaranır.

“Ölkə.Az” xəbər verir ki, Persey bürcündəki toz buludları haqqında məlumatı təhlil edən Kaliforniya universitetinin alimləri bu qənaətə gəliblər. Alimlər təhlil vaxtı yaşı yarım milyon il və 1 milyon ilə qədər olan çoxsaylı yeni ulduz kəşf ediblər.
Onlardan 45-i tək ulduz, 19-u ikitqat və beşi isə çoxsaylı komponentlərə malikdir. Alimlər tərəfindən hazırlanmış bir ulduzyaranma modeli müşahidə edilən nəticələrə uyğun olub. Bu modelə əsasən ulduzlar qaz-toz buludlarından cüt-cüt yaranır. Buna əsaslanan alimlər güman edirlər ki, Günəş də əkiz ulduzu ilə birlikdə yaranıb. Milyardlarla il nəticəsində bu əkiz ulduz Günəşdən aralanaraq digər ulduzlara qoşulub və qalaktikamıza yaxın ərazidədir.