Sosial mediada yalandan ölüm xəbəri yayılan məşhurlar sırasına Engin Altan Düzyatan da qoşulub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sosial şəbəkələrdə aktyorun yol qəzasında öldüyü barədə şayiələr yayıblar.

Bunu görən aktyor sosial şəbəkədəki hesabından zarafatla “Eşitdiyimə görə, ölmüşəm” yazaraq xəbərin yalan olduğunu bəlli edib.