Qaradağda baş verən qəzada sürücü xəsarət alıb. AzEuroNews.com-un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 30-cu kilometrliyində, Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb. İbrahim Əjdər oğlu Hacıyev vaz 2107 markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olan zaman sükan arxasında yuxulayıb. Digər avtomobillərin siqnal səsinə oyanan İbrahim Hacıyev eyni istiqamətdə hərəkətdə olan yük maşınına arxadan çırpılacağını görəndə qəzadan yayınmaq üçün avtomobili yolun sağına çəkib. İdarəetmədən çıxan jiquli yoldan 15 metr kənara düşüb. Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım avtomobili ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Hadisə yerinə gələn polis əməkdaşları müvafik ekspertizalar təyin ediblər, yararsız hala düşən avtomobil cərimə meydançasına aparılıb. Faktla bağlı başlanan araşdırmalar davam edir.

55b56ca3-19a9-437f-ac2c-46daae61bc77 a441341a-1e07-4652-b3c6-a5ac97f5380b b6c05acf-6f04-41a7-a59c-82562d192a1e e9ff0471-9222-4302-bb7f-17825b746684